"ABŞ İranla atəşkəsə əməl etmir" - Qalibaf

20:53 - 07 İyun 2026

\"ABŞ İranla atəşkəsə əməl etmir\" - Qalibaf

ABŞ İranla atəşkəsə əməl etmir və dialoqa inanmır.


Manset.az xəbər verir ki, bunu İran parlamentinin sədri və ABŞ ilə danışıqlar qrupunun rəhbəri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkə hesabında yazıb.

"Onlar nə atəşkəsə əməl edir, nə də dialoqa inanırlar və dəniz blokadası, eləcə də Livanla bağlı razılaşmaların pozulması vasitəsilə yalnız güc dilindən anladıqlarını göstərirlər", - İran parlamentinin spikeri vurğulayıb.

Qalibaf ABŞ-nin Hörmüz boğazını blokadaya alması və İsraili dəstəkləməsinə görə Ağ Evə xəbərdarlıq ünvanlayıb:

"İran xalqına qarşı dəniz blokadası və Amerikanın İsrailə "yaşıl işıq" verməsi Vaşinqton ilə Təl-Əvivin regiondakı bazalarını İranın qanuni hədəflərinə çevirir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az