logo
logo logo
logo

Dağıntılar altındakı möcüzə - 18 günlük körpə anasını yaşatdı

13:24 - 29 İyun 2026

Dağıntılar altındakı möcüzə - 18 günlük körpə anasını yaşatdı

Venesuelada dağıntılar altından xilas edilən ana bildirib ki, onu sağ qalmağa yeni doğulmuş körpəsi motivasiya edib


Manset.az BBC-ə istinadən xəbər verir ki, Venesuelada 18 günlük körpəsi ilə birlikdə dağılmış evinin dağıntıları altından çıxarılan ana oğlunun onun sağ qalmasına necə kömək etdiyini danışıb.

Dayana Patino oğlu Xuan Davidin ona "oyaq və ayıq olmaq üçün motivasiya" verdiyini söyləyib:

"Nə qədər ki, o sağ idi, mən də sağ olacaqdım. Hərdən onun hələ də nəfəs aldığını sübut etmək üçün burnuna toxunurdum" dedi.

Çərşənbə günü ölkədə baş verən zəlzələlər nəticəsində viran qalan Venesuelada Xuan Davidin ümid simvoluna çevrilməsi ilə xilasetmə görüntüləri bütün dünyada paylaşıldı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az