Ankarada NATO Liderlər Zirvəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, Ankara polisi NATO Liderlər Zirvəsi ərəfəsində şəhərdə ictimai asayişin qorunması məqsədilə genişmiqyaslı yoxlamalara başlayıb.
Tunalı Hilmi prospektində keçirilən tədbirlər çərçivəsində şübhəli avtomobillər və şəxslər saxlanılaraq yoxlanılıb. Polis əməkdaşları sürücülərin sənədlərini və sürücülük vəsiqələrini yoxlayıb, bəzi nəqliyyat vasitələrində axtarış aparıblar.
Yoxlamalar zamanı sənədlərində çatışmazlıq olan və yol hərəkəti qaydalarını pozan sürücülər barəsində inzibati tədbirlər görülüb.
Bildirilib ki, NATO Liderlər Zirvəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində Ankaranın müxtəlif ərazilərində nəqliyyat vasitələrinin yoxlanılması davam etdirilir.