logo
logo logo
logo

Türkiyəni güclü istilər gözləyir – Alimlərdən xəbərdarlıq

14:26 - 29 İyun 2026

Türkiyəni güclü istilər gözləyir – Alimlərdən xəbərdarlıq

Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində isti dalğalarının həm tezliyi, həm də davametmə müddəti artmaqdadır.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, bu nəticə İstanbul Texniki Universiteti (İTU), Samsun Universiteti (SAMU) və Missuri Universitetinin alimlərinin birgə apardıqları araşdırmada öz əksini tapıb.

Tədqiqat çərçivəsində SAMU-nun Aviasiya və Kosmos Elmləri Fakültəsinin İqlim Elmləri və Meteorologiya Mühəndisliyi Bölməsinin müəllimi Prof. Dr. Vəli Yavuz, tədqiqatçılar Yiğitalp Kara və Ebrar Öztürklə birlikdə İstanbul, Ankara və İzmirdə son 60-100 ili əhatə edən meteoroloji müşahidələri təhlil ediblər.

Araşdırmada üç şəhərdə yerləşən ümumilikdə 15 meteoroloji stansiyanın gündəlik maksimum və minimum temperatur göstəricilərindən istifadə olunub. Məlumatlar stansiyalardan asılı olaraq 1926–2024-cü illəri əhatə edir və bəzi məntəqələrdə təxminən bir əsrlik müşahidələr qiymətləndirilib.

Nəticələrə əsasən, 15 stansiyadan 11-də isti dalğalarının tezliyində statistik cəhətdən əhəmiyyətli artım qeydə alınıb. Heç bir stansiyada isə isti dalğalarının sayında nəzərəçarpacaq azalma müşahidə edilməyib.

İstanbulun bütün beş meteoroloji stansiyasında isti dalğalarının artdığı müəyyən olunub. Ən ciddi artım isə Sarıyer və Şilə stansiyalarında qeydə alınıb.

Ankarada isti dalğalarının ən sürətli artımı Polatlıda müşahidə olunub. Nallıhan və Esenboğa Hava Limanı stansiyalarında da oxşar tendensiya qeydə alınıb.

Alimlər bildirirlər ki, əldə olunan nəticələr iqlim dəyişikliyinin böyük şəhərlərdə təsirinin getdikcə gücləndiyini göstərir və gələcəkdə isti hava dalğalarına qarşı hazırlıq tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini ortaya qoyur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az