Almaniyanın Stade şəhərinin mərkəzində bazar ertəsi baş verən silahlı insident nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.
Manset.az CNN-ə istinadən xəbər verir ki, polisin və Şimali Alman Yayımının (NDR) məlumatına görə, hadisə zamanı ölən və yaralananlar olsa da, onların dəqiq sayı hələlik açıqlanmayıb.
Polis bildirib ki, hadisə yerində əməliyyat başa çatdırılıb, ərazi nəzarətə götürülüb və hazırda ictimaiyyət üçün təhlükə yoxdur.