logo
logo logo
logo

Yunanıstanda 4 günlük iş həftəsi test ediləcək

22:05 - 30 İyun 2026

Yunanıstanda 4 günlük iş həftəsi test ediləcək

Yunanıstanın Telekommunikasiya Təşkilatının (OTE) əməkdaşlar üçün həftədə 4 iş günü modelini nəzərdə tutan pilot proqram həyata keçirəcəyi bildirilib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, OTE şirkəti əməkdaşları üçün yeni iş rejimini sınaqdan keçirəcək.

Pilot proqram çərçivəsində işçilərə gündə 10 saat olmaqla həftədə 4 gün işləmək, məsafədən çevik iş rejimində fəaliyyət göstərmək, Avropa İttifaqına üzv ölkələrdən işləmək, eləcə də əməkhaqqında müvafiq azalma olmaqla daha az iş saatı seçmək kimi müxtəlif imkanlar təqdim olunacaq.

Qeyd olunub ki, bu seçimlərdən heç biri məcburi xarakter daşımayacaq. Əməkdaşlar şəxsi ehtiyaclarına uyğun olaraq öz iş qrafiklərini sərbəst şəkildə müəyyənləşdirə biləcəklər.

Proqramın əsas məqsədi əməkdaşların gündəlik həyatını asanlaşdırmaq, iş və şəxsi həyat arasında daha sağlam tarazlığın yaradılmasına töhfə verməkdir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az