logo
logo logo
logo

İran Hörmüzdən icazəsiz keçməyə çalışan 2 gəmiyə müdaxilə etdi

12:17 - 13 İyul 2026

İran Hörmüzdən icazəsiz keçməyə çalışan 2 gəmiyə müdaxilə etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz keçməyə cəhd göstərən iki gəmiyə müdaxilə edildiyini açıqlayıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, sözügedən gəmilər izləmə və identifikasiya sistemlərini söndürərək İranın müəyyən etdiyi marşrutdan kənar şəkildə boğazdan keçməyə çalışıblar. SEPAH qüvvələri hər iki gəmini saxlayıb.


Məlumatda həmçinin iddia olunur ki, bu hadisədən sonra ABŞ Silahlı Qüvvələri İranın cənub sahillərinə zərbələr endirib. Buna cavab olaraq isə İran Silahlı Qüvvələrinin İordaniyadakı Şahzadə Həsən Hərbi Hava Bazasında yerləşən raket və yanacaq anbarlarını raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə aldığı bildirilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az