logo
logo logo
logo

Almaniyada azyaşlıların sosial media istifadəsinə yeni məhdudiyyətlər

17:38 - 13 İyul 2026

Almaniyada azyaşlıların sosial media istifadəsinə yeni məhdudiyyətlər

Almaniyada uşaqların sosial şəbəkələrin mənfi təsirlərindən qorunması ilə bağlı hazırlanan ekspert hesabatı hökumətə təqdim olunub. Sənəddə azyaşlıların sosial media platformalarından istifadəsi üçün yaş məhdudiyyətlərinin qanunla tənzimlənməsi təklif edilir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hökumətin sifarişi ilə hazırlanmış hesabatda uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi ilə bağlı iki fərqli yanaşma irəli sürülüb.

Birinci variantda sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddinin 13 yaş müəyyənləşdirilməsi tövsiyə olunur. Hesabat müəllifləri hesab edirlər ki, 13 yaşdan kiçik uşaqlara yalnız təhlükəsizliyi sübut edilmiş və aşağı risk daşıyan rəqəmsal xidmətlərdən istifadə etməyə icazə verən qanunvericilik qəbul edilməlidir.

Bununla yanaşı, 13-18 yaş arası yeniyetmələr üçün mərhələli qoruyucu tədbirlərin tətbiqi də təklif olunur.

İkinci variant isə yaş məhdudiyyəti əvəzinə Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktına (DSA) əlavələrin edilməsini nəzərdə tutur. Təklifə əsasən, xüsusi risk yaradan xidmət və funksiyalar müəyyən yaş qrupları üçün məcburi qaydada məhdudlaşdırıla bilər.

Hesabatda məktəblərdə mobil telefon istifadəsi ilə bağlı da təkliflər yer alıb. Belə ki, 7-ci sinfə qədər şagirdlərin dərs və tənəffüs vaxtı mobil telefonlardan şəxsi məqsədlərlə istifadəsinin qadağan edilməsi tövsiyə olunur. Sənədə əsasən, 8-ci sinifdən etibarən isə məktəblər şagirdlərlə birlikdə mobil telefonlardan istifadəni tənzimləyən məcburi istifadə qaydaları hazırlamalıdırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az