logo
logo logo
logo

"İranla danışıqlar yenidən başlayır" - TRAMP

14:42 - 03 Avqust 2026

\"İranla danışıqlar yenidən başlayır\" - TRAMP

ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında danışıqların bu gün yenidən başlayacağını bəyan edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, tərəflərin razılığa gəlməsi ilə bağlı nikbin olduğunu bildirib.

Tramp Nyu-Cersidən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, planlaşdırılan hərbi əməliyyatın təxirə salınmasından sonra danışıqların bərpası qərarı verilib. ABŞ Prezidenti həmçinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və İranın nüvə proqramı ilə bağlı yaxın vaxtlarda razılığın əldə olunacağına ümid etdiyini vurğulayıb.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İranla aparılan təmaslar nəticəsində bu həftəsonu planlaşdırılan genişmiqyaslı hərbi əməliyyat həyata keçirilməyib. Tramp bildirib ki, region ölkələrinin müraciətindən sonra ABŞ həmin planı dayandırmaq qərarı verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az