logo
logo logo
logo

Trampın nümayəndələri ilə danışdı

20:59 - 18 Oktyabr 2026

Trampın nümayəndələri ilə danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıb.


Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, tərəflər Ukrayna və ABŞ nümayəndə heyətlərinin Floridada keçirilən görüşünün nəticələrini müzakirə ediblər.

Zelenskinin sözlərinə görə, iki ölkənin komandaları arasında, demək olar ki, fasiləsiz əlaqə davam edir və diplomatik prosesin növbəti addımları hazırlanır.

“Amerika Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışdım. Sülh yalnız güc və etimada əsaslanan əməkdaşlıq sayəsində mümkündür”, – deyə Ukrayna Prezidenti bildirib.

Qeyd edək ki, oktyabrın 9-da Mayamidə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az