Fransada baş verən kütləvi iğtişaşlar zamanı saxlanılanların sayı 1800 nəfərə yüksəlib.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
O bildirib ki, hazırda hüquqazidd əməllər törədənlərin müəyyən edilərək məhkəmə qarşısına çıxarılması məqsədilə araşdırma aparılır:
“Yüzlərlə sahibkara dəyən maddi ziyan kifayət qədər böyükdür”.
Nazirin sözlərinə görə, toqquşmalar və iğtişaşlar zamanı 500-dən çox polis, jandarma və yanğınsöndürən xəsarət alıb.