logo
logo logo
logo

85 metr hündürlükdən yıxıldılar - Gənc cütlük şəlalədə öldü

17:38 - 18 Oktyabr 2026

85 metr hündürlükdən yıxıldılar - Gənc cütlük şəlalədə öldü

Braziliyada gəzinti zamanı 85 metr hündürlükdəki şəlalədən yıxılan 21 yaşlı gənc və onun 19 yaşlı sevgilisi həyatını itirib. Hadisə qızın uçurumun kənarındakı daşların üzərində sürüşməsi nəticəsində baş verib. Onu xilas etməyə çalışan sevgilisi də onunla birlikdə uçuruma düşüb.


Manset.az Modern.az-a stinadla bildirir ki, hadisə ölkənin cənub-şərqində, Minas-Jerays ştatının kənd ərazisində yerləşən Limeyra şəlaləsində baş verib. Həlak olanlar qonşu İpatinqa şəhərinin sakinləri Kayk de Oliveyra Qomes və Kevri Kellem Dias Silva olub.

İlkin məlumatlara görə, cütlük şəlalənin zirvəsindəki qayalıqlarda gəzərkən Kevri kənara yaxın yerdə sürüşüb.

“Kayk qızı tutmağa çalışıb, lakin müvazinətini saxlaya bilməyərək onunla birlikdə uçuruma düşüb. Gənclər təxminən 85 metr hündürlükdən yıxılaraq qayalara çırpılıblar”, — deyə məlumatda bildirilir.

Xilasetmə xidmətinə çağırış təxminən saat 15:45-də daxil olub. Hadisə yerinə gələn tibb işçiləri isə cütlüyün yalnız ölümünü təsdiqləyə biliblər.

Həlak olanların cəsədləri şəlalənin ətəyində, girişi çətin olan ərazidə aşkarlanıb. Qızın cəsədi suda, oğlanın cəsədi isə qayaların arasında olub. Ərazinin sıldırım relyefi səbəbindən yanğınsöndürənlər cəsədlərin təxliyəsi üçün xüsusi təhlükəsiz marşrut hazırlamalı olublar.

Həlak olan cütlüyün 11 aylıq qız övladı qalıb. Mənzərəli qayalıqları və çimmək üçün əlverişli yerləri ilə tanınan Limeyra şəlaləsi turistlər arasında populyardır. Hadisənin bütün təfərrüatlarının dəqiq müəyyənləşdirilməsi üçün yerli polis araşdırmanı davam etdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az