logo
logo logo
logo

Öləndən sonra bu istəyini yerinə yetirsinlər, 200 illik mükafat qazan – Məşhur şirkətdən qəribə təklif

08:00 - 19 Oktyabr 2026

Öləndən sonra bu istəyini yerinə yetirsinlər, 200 illik mükafat qazan – Məşhur şirkətdən qəribə təklif

Dünyaca məşhur “Pringles” çips istehsalçısı qeyri-adi kampaniyaya başlayıb.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, şirkət ölümündən sonra külünün çips qutusunda saxlanılmasına razılıq verən şəxsə 200 illik çips ehtiyatı vəd edir.

Şirkət Hellouin bayramı münasibətilə “Once You Drop” adlı xüsusi müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyənlər OnceYouDrop.com saytında rəqəmsal vəsiyyətnamə imzalamalıdırlar. Bu sənədlə iştirakçı qalib gələcəyi təqdirdə ölümündən sonra yandırılmış nəşinin külünün “Pringles” qutusunda saxlanılmasına razılıq verir.

Qalib təsadüfi seçim yolu ilə müəyyənləşdiriləcək. Ona qiymətli metaldan hazırlanmış, məşhur “Pringles” qutusu formasında xüsusi urna təqdim olunacaq. Urnanın çıxarıla bilən qapağı və üzərində qalibin adına uyğun fərdi həkk olunmuş yazı olacaq.

Bundan başqa, qalib 200 illik çips ehtiyatı əldə edəcək. Şirkətin şərtlərinə əsasən, bu mükafat gələcəkdə varislərə də ötürülə bilər.

Müsabiqəyə müraciətlər oktyabrın 13-dən 22-dək qəbul edilir. Qalibin adı isə oktyabrın 31-də açıqlanacaq.

Kampaniyada yalnız ABŞ-nin 50 ştatında və Kolumbiya dairəsində yaşayan yetkinlik yaşına çatmış şəxslər iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq üçün çips almaq tələb olunmur.

Maraqlıdır ki, bu qeyri-adi kampaniyanın arxasında real tarixi hadisə dayanır.

“Pringles” çipslərinin məşhur silindrik qablaşdırmasını hazırlayan Fredrik Baur ölümündən sonra külünün həmin qutuda dəfn edilməsini arzulayıb. Onun bu istəyi 2008-ci ildə həyata keçirilib və külünün bir hissəsi həqiqətən də “Pringles” qutusunda dəfn olunub.

Şirkətin yeni kampaniyası məhz bu hadisəyə istinad edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az