logo
logo logo
logo

Anomal istilərə görə narıncı xəbərdarlıq elan olundu

15:17 - 03 Avqust 2026

Anomal istilərə görə narıncı xəbərdarlıq elan olundu

Belçikada təsirini gücləndirən isti hava dalğası ilə əlaqədar ölkənin böyük hissəsində narıncı xəbərdarlıq elan olunub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Belçika Kral Meteorologiya İnstitutu bazar ertəsi hava şəraitinin əsasən günəşli və olduqca isti keçəcəyini açıqlayıb.

Məlumata görə, ölkənin daxili bölgələrində havanın temperaturunun 37 dərəcəyədək yüksələcəyi gözlənilir. Günün ikinci yarısında cənub bölgələrində buludluluğun artacağı, sahil ərazilərində isə dənizin təsiri nəticəsində temperaturun 30 dərəcədən aşağı qalacağı bildirilib.

Qeyd olunub ki, Qərbi Flandriya və Şərqi Flandriya bölgələri istisna olmaqla, ölkənin əksər hissəsində narıncı xəbərdarlıq qüvvədədir. Həmin iki bölgədə isə bir pillə aşağı olan sarı xəbərdarlıq tətbiq edilib.

Proqnoza əsasən, çərşənbə axşamı havanın temperaturu 31, çərşənbə günü isə 28 dərəcə ətrafında olacaq. Sahil bölgələri istisna olmaqla, ölkə üzrə sarı isti hava xəbərdarlığının davam edəcəyi qeyd olunub.

Narıncı xəbərdarlıq yüksək risk yaradan ekstremal isti hava şəraitini ifadə edir. Sakinlərə günün ən isti saatlarında açıq havaya çıxmamaq, kifayət qədər su qəbul etmək və ağır fiziki fəaliyyətlərdən çəkinmək tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az