logo
logo logo
logo

Rusiya "Starlink"ə alternativ internet şəbəkəsi qurur

15:59 - 25 Avqust 2026

Rusiya \"Starlink\"ə alternativ internet şəbəkəsi qurur

Rusiya ABŞ-nin "SpaceX" şirkətinə məxsus "Starlink" sisteminə alternativ yaratmaq məqsədilə yüzlərlə aşağı Yer orbitində yerləşən peykdən ibarət internet şəbəkəsi qurmaq istiqamətində işləri sürətləndirir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Rassvet” adlandırılan sistemin 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.

Rusiyanın aviasiya və kosmik şirkəti “Bureau 1440” iyul ayında “Rassvet” sistemi üçün ikinci peyk qrupunun buraxılışını həyata keçirib.

Şirkət sonuncu buraxılış zamanı orbitə göndərilən peyklərin sayını açıqlamayıb. Bildirilib ki, peyklər daşıyıcı raketdən uğurla ayrılıb və uçuşa nəzarət mərkəzinin idarəçiliyinə verilib.

“Bureau 1440” martın sonunda ilk seriya istehsalı çərçivəsində hazırlanan 16 peyki orbitə çıxarıb. Şirkət 2023 və 2024-cü illərdə həyata keçirdiyi sınaq missiyaları zamanı peyk rabitəsi, peyklərarası əlaqə və yerüstü sistemlərə dair texnologiyaları sınaqdan keçirib.

“Rassvet” layihəsi çərçivəsində kommersiya məqsədli internet xidmətlərinin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Şirkət peyk donanmasının sayını mərhələli şəkildə artırmağı nəzərdə tutur.

Mövcud plana əsasən, ehtiyat peyklər də daxil olmaqla, ümumilikdə 292 peykin 2030-cu ilədək orbitə yerləşdirilməsi planlaşdırılır. Şirkət daha əvvəl açıqlamışdı ki, məlumat ötürülməsinə tələbatın artacağı təqdirdə sistemin tutumunu 924 peykə qədər artırmaq mümkündür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az