logo
logo logo
logo

Avropada ekstremal istilər 35 min nəfər həlak oldu

16:34 - 25 Avqust 2026

Avropada ekstremal istilər 35 min nəfər həlak oldu

Avropa qitəsində ard-arda müşahidə olunan həddindən artıq isti hava dalğaları nəticəsində ölənlərin sayının ən azı 35 min nəfərə çatdığı bildirilir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu yay Avropada qeydə alınan dörd böyük və ardıcıl isti hava dalğası on minlərlə əlavə ölümə səbəb olub. Qitənin təxminən yarısını əhatə edən və hələ yekunlaşdırılmamış rəsmi məlumatlara əsasən, normal göstəricilərlə müqayisədə ən azı 35 min nəfər çox insan həyatını itirib.

Xüsusilə Almaniya, Fransa və İspaniyada əlavə ölüm hallarının sayı 25 mini ötüb.

Mütəxəssislər bildirirlər ki, yüksək temperatur bir çox hallarda ölümün birbaşa səbəbi kimi qeydə alınmır. Bundan əlavə, avqust ayına dair məlumatların hələ statistik sistemlərə tam daxil edilməməsi səbəbindən istilərin yaratdığı real ölüm sayının daha yüksək olacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az