Ermənistanda hərbçi partlayış nəticəsində ölüb.
Manset.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, hadisə sentyabrın 24-də baş verib.
“24 sentyabrda hələlik müəyyən edilməyən şəraitdə baş verən partlayış nəticəsində müqaviləli hərbi qulluqçu D.K. həlak olub. Hərbçinin ailəsinə müəyyən edilmiş qaydada məlumat verilib”, – deyə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.
Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçunun ailə üzvlərinə, yaxınlarına və xidmət yoldaşlarına başsağlığı verib, onlara dəstəyini ifadə edib.