Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda 60 yaşlı Vural Kara və həyat yoldaşı Asiyə Kara evlərində öldürülmüş halda aşkarlanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Halitpaşa məhəlləsində baş verib. Vural və Asiyə Karadan uzun müddət xəbər ala bilməyən yaxınları 112 Təcili Çağrı Mərkəzinə məlumat verib.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları göndərilib. Ər-arvad evdə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Aparılan ilkin araşdırma zamanı onların kəsici alətlə və başlarına küt əşya ilə zərbələr endirilməsi nəticəsində öldürüldüyü müəyyənləşdirilib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.