logo
logo logo
logo

Fransada gərginlik artır - Etirazlar üçüncü həftəyə keçdi

16:33 - 05 Oktyabr 2026

Fransada gərginlik artır - Etirazlar üçüncü həftəyə keçdi

Fransada pis fiziki şəraitə, baxımsız məktəb binalarına, həddindən artıq sıx siniflərə, müəllim və digər işçi çatışmazlığına etiraz edən lisey şagirdlərinin aksiyaları üçüncü həftəsinə daxil olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkə üzrə yayılan etirazlar zamanı təxminən 5 min nəfərin saxlanıldığı, yüzlərlə liseydə tədrisin dayandırılmasının gözlənildiyi bildirilir. Küçələrdə gərginliyin artması ilə etirazların ölkənin iqtisadi vəziyyətinə də təsir göstərməyə başladığı qeyd olunur.

Etirazlar sentyabr ayında Parisin Kretey ətrafındakı Sen-Ekzüperi Liseyində müəllimlərin tətilinə dəstək verən 15-18 yaşlı şagirdlərin aksiyaları ilə başlayıb. Qısa müddət ərzində ölkənin müxtəlif bölgələrinə yayılan etirazlar genişmiqyaslı ictimai hərəkata çevrilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az