logo
logo logo
logo

Almaniyada Rusiyadan təxribat həyəcanı - Hərbi bazalarda təhlükəsizlik gücləndirilir   

12:13 - 22 Oktyabr 2026

Almaniyada Rusiyadan təxribat həyəcanı - Hərbi bazalarda təhlükəsizlik gücləndirilir   

Almaniya Rusiyadan qaynaqlanan təxribat təhlükəsini ilk dəfə ikinci ən yüksək hərbi risk səviyyəsi olan “ciddi” olaraq qiymətləndirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hərbi bazaların yaxınlığında partlayıcı maddələr daşıyan pilotsuz uçuş aparatlarının aşkarlanmasından sonra qəbul edilən bu qərar Avropanın təhlükəsizlik sistemlərindəki fəallığı da gündəmə gətirib. 

Almaniyanın ictimai yayımçısı WDR və Süddeutsche Zeitung qəzetinin əldə etdiyi hərbi hesabata görə, bu qərar Vunstorf aviabazasının yaxınlığında partlayıcı maddələr daşıyan pilotsuz uçuş aparatının aşkarlanmasından sonra qəbul edilib. Leypsiq-Halle hava limanında baş vermiş oxşar hadisə də qiymətləndirməyə daxil edilib.

Almaniya hərbi obyektlərdə patrul xidmətini və texniki müşahidəni gücləndirir.

Moskva isə Avropada həyata keçirilən təxribat əməlləri ilə əlaqəli olması barədə ittihamları rədd edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az