"Johnson & Johnson" koronavirus peyvəndinin istehsalını dayandırdı

23:02 - 08 Fevral 2022

\"Johnson & Johnson\" koronavirus peyvəndinin istehsalını dayandırdı

"Johnson & Johnson" koronavirus peyvəndinin istehsalını dayandırıb.

Manşet.az "Report"a istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, 2021-ci ilin sonunda şirkət vaksinin istehsal olunduğu Niderlandın Leyden şəhərindəki zavodunu bağlayıb. İstehsalın dayandırılması müvəqqətidir: fasilədən sonra zavodda vaksinin istehsalı bərpa olunacaq.

Qəzetin yazdığına görə, şirkət mart ayında Leydendə dərman istehsalına yenidən başlamağa hazırlaşır.

İstehsalda yaranan fasilə səbəbindən vaksinin tədarükü bir neçə milyon doza azaldıla bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az