ATƏT Avropada ən yüksək müharibə riski elan etdi

08:31 - 09 Fevral 2022

ATƏT Avropada ən yüksək müharibə riski elan etdi

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Avropada genişmiqyaslı müharibə riski son 30 ildə ən yüksək həddə çatıb.

Bu barədə Manset.az xarici mətbuata istinadən xəbər verir.

“Avropa təhlükəsizliyi və qlobal təhlükəsizlikdən söhbət gedirsə, biz kritik bir nöqtədəyik. Hazırda Avropada ciddi müharibə riski son 30 ilin ən yüksək səviyyəsidir”, - Rau deyib.

O vurğulayıb ki, Ukrayna ətrafında münaqişənin gərginləşməsi təkcə insan iztirabları deyil, həm də ciddi siyasi, iqtisadi və hərbi nəticələr deməkdir.

Raunun sözlərinə görə, Rusiya ilə Avropada təhlükəsizlik mövzusunun yeni müzakirəsində fayda görür və bu məsələyə nikbin yanaşır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az