Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski xəstəxanaya yerləşdirilib.
Bu barədə Rusiyanın nüfuzlu KİV-ləri məlumat yayıb.
Qeyd olunur ki, 75 yaşlı siyasətçini Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriblər və o hazırda daimi həkim nəzarətindədir.
Lakin hələlik bu xəbər partiya tərəfindən təsdiqini tapmayıb.
Liberal Demokrat partiyasının mətbuat xidməti Jirinovskinin özünü yaxşı hiss etdiyini və işinin başında olduğunu açıqlayıb.