Türkiyədə turizm nümayəndəliyimiz açıla bilər

21:34 - 09 Fevral 2022

Türkiyədə turizm nümayəndəliyimiz açıla bilər

Turizm sahəsi üzrə Azərbaycanın Türkiyə ilə bağlı bir çox planları var. Biz Türkiyənin həm iri şəhərlərində, həm regionlarında aktiv fəaliyyətə başlayırıq. İnfoturların və mediaturların keçirilməsi nəzərdə tutulur. Hətta gələcəkdə Türkiyənin iri şəhərlərindən birində Azərbaycanın turizm nümayəndəliyinin açılması məsələsinə də baxa bilərik.

Manşet.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.

İstanbulda keçirilən EMİTT 2022 beynəlxalq sərgisində ölkəmizin iştirakı ilə bağlı məlumat verən K.Quluzadə tədbirdə Azərbaycanın ənənəvi turizm məhsulları ilə yanaşı, işğaldan azad edilən torpaqlarımızın, o cümlədən Şuşanın, Kəlbəcərin, Laçının və digər bölgələrimizin turizm potensialının da təqdim edildiyini deyib:

"Tədbirdə ölkəmizə çox böyük maraq var. Bu maraq hər zaman olub. Hazırda işğaldan azad edilən ərazilərimizə də böyük marağın olduğu görülür. Qaraş ölkədən Vətənimizə gələn turistlərin statistikasına nəzər saldıqda Türkiyənin Azərbaycanın bu sahə üzrə ilk üçlüyündə yer aldığını görürük. Hətta pandemiya dövründə digər ölkələrə nisbətən Azərbaycana Türkiyədən daha çox turist gəlib. Hazırda xüsusilə Türkiyədə Naxçıvanın turizm imkanlarının tanıdılması ilə bağlı ciddi fəaliyyət planı hazırlanır”.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az