Ronaldunun anası Roma Papasına oğlunun formasını hədiyyə etdi

22:28 - 09 Fevral 2022

Ronaldunun anası Roma Papasına oğlunun formasını hədiyyə etdi

İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən portuqaliyalı futbolçu Kriştianu Ronaldunun anası Dolores Aveyru Roma Katolik Kilsəsinin başçısı Papa Fransisklə görüşüb.

Manşet.az "Report"a istinadən xəbər verir ki, o, Roma papasına oğlunun yığmada geyindiyi formanı hədiyyə edib.

Bununla bağlı şəxsi instaqram səhifəsində paylaşım edən Aveyru "Unikal emosiyalara görə təşəkkür edirəm" yazıb.

Qeyd edək ki, Ronaldu bu mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 19 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az