Rusiyadan "3+3" formatı ilə bağlı AÇIQLAMA

23:47 - 10 Fevral 2022

Rusiyadan \"3+3\" formatı ilə bağlı AÇIQLAMA

Növbəti "3+3" platformasının iclasının keçirilməsi üçün artıq bir neçə paytaxtdan müraciətlər daxil olub.

Manşet.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

"2021-ci il dekabrın 10-da təşkil olunan "3+3" konsultativ regional platformanın təsis iclasını uğurlu hesab edirəm. Biz görüşün yekunlarına əsasən tərəfdaşlarla şərtləşdik ki, formatın fəaliyyətini qarşılıqlı maraq doğuran və regionda etimad tədbirlərinin gücləndirilməsinə yönəldilən məsələlər üzərində cəmləşdirək. Ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafı, həmçinin ümumi çağırışlara və təhdidlərə müqavimət həmin məsələlər sırasındadır", - deyə A.Rudenko bildirib.

Onun sözlərinə görə, tərəflər iclasları müntəzəm əsasda ildə azı 2 dəfə keçirməyi qərara alıblar. Növbəti tədbirin keçirilməsi üçün artıq bir neçə ölkədən müraciətlər daxil olub.

"Gürcüstana gəlincə, bütün iştirakçılar onun "3+3” formatına birləşəcəyinə ümidvar olduqlarını ifadə ediblər. Tiflis üçün qapı açıq qoyulur. Vacibdir ki, regional işlər Cənubi Qafqazın bütün ölkələrinin iştirakı ilə müzakirə olunsun", - deyə Rusiya XİN rəhəbrinin müavini qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az