Bayden Əfqanıstanın ABŞ banklarındakı aktivlərini dondurdu

19:23 - 11 Fevral 2022

Bayden Əfqanıstanın ABŞ banklarındakı aktivlərini dondurdu

ABŞ Prezidenti Co Bayden Əfqanıstan Mərkəzi Bankının ABŞ banklarında saxlanılan 7 milyard dollarlıq aktivlərini bloklayan sərəncam imzalayıb.

Manşet.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir. Məlumata görə, Amerika banklarının hesablarında saxlanılan əfqan aktivləri Nyu-York Federal Ehtiyat Bankında vahid xüsusi trast fonduna köçürüləcək. Bu vəsaitin yarısının müvafiq məhkəmə qərarından sonra gələcəkdə əfqan xalqının humanitar ehtiyaclarını ödəmək üçün istifadə olunacağı güman edilir.

Eyni zamanda, yerdə qalan 3,5 milyard dollar ABŞ-da qalacaq və 2001-ci il 11 sentyabr hücumları da daxil olmaqla, terror aktları qurbanlarının ailələrinə kompensasiyaların ödənilməsinə yönəldiləcək.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az