Cənubi Koreya öz vətəndaşlarına Ukraynaya səfər etməməklə bağlı xəbərdarlıq edib.
Manşet.az xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi (XİN) Ukraynada olan vətəndaşlara təcili olaraq başqa təhlükəsiz yerə getmələrini bildirib.
"Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar fevralın 13-dən ölkənin bütün ərazisinə səyahət qadağası ilə bağlı dördüncü dərəcəli xəbərdarlığın tətbiqi qərara alınıb”, - XİN-nin məlumatında deyilir.