Daha bir ölkə vətəndaşlarını Ukraynadan çıxmağa çağırıb

10:34 - 14 Fevral 2022

Daha bir ölkə vətəndaşlarını Ukraynadan çıxmağa çağırıb

Sinqapur Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ukraynadakı vətəndaşlarına dərhal bu ölkənin ərazisini tərk etməyi tövsiyə edib. Rəsmi müraciət nazirliyin sosial şəbəkə hesablarında dərc olunub.

 

Manset.az xəbər verir ki, müraciətdə deyilir:

“Ukraynada və ətrafında gərginlik artır. Bu ölkədə olan Sinqapur vətəndaşlarına Ukraynanı təcili tərk etmələrini tövsiyə edirik”.

Həmçinin qeyd edilir ki, silahlı münaqişə vəziyyətində Sinqapur Ukraynadakı vətəndaşlarına kömək etməyə bilər, çünki bu ölkədə diplomatik missiyası yoxdur.

Xatırladaq ki, bəzi dövlətlər vətəndaşlarına Ukrayna ərazisi tərk etmələri barədə xəbərdarlıq ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az