“Rusiyanın təhlükəsizlik təminatları ilə bağlı cavabı, demək olar, hazırdır”.
Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.
“ABŞ və NATO-ya verəcəyimiz cavab hazırdır. Dünən xarici işlər naziri və müdafiə naziri prezidentə müvafiq məlumatları veriblər”, - XİN sözçüsü vurğulayıb.