Gülnarə Kərimovanın 131 milyon dolları Özbəkistana qaytarılır

11:10 - 15 Fevral 2022

Gülnarə Kərimovanın 131 milyon dolları Özbəkistana qaytarılır

Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın 131 milyon dollar həcmində vəsaitləri İsveçrədən ölkəyə qaytarılmağa hazırdır.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Özbəkistanın Ədliyyə Nazirliyinin Mətbuat xidməti yayıb.gedən vəsait BMT-nin Çoxtərəfli Etimad Fondu vasitəsilə köçürüləcək.

“İsveçrə və Özbəkistan 2022-ci il fevralın 11-i danışıqların növbəti raundunu keçirib. Tərəflər danışıqlar zamanı BMT-nin yeni Çoxtərəfli Etimad Fondunun yaradılması barədə razılığa gəliblər. Həmin fond istintaq çərçivəsində müsadirə edilən aktivlərin qaytarılması üçün istifadə olunacaq. Hazırda təqribən 131 milyon dollar ölkəyə qaytarılmaq üçün hazırdır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 2012-ci ildə İsveçrə Baş Prokurorluğu Gülnarə Kərimovanın təxminən 800 milyon İsveçrə frankı dəyərindəki əmlakını dondurmuşdu. Bu fondların bir hissəsi - təqribən 131 milyon dollar isə 2019-cu ildə müsadirə edilmişdi. 2015-ci ilin avqust ayında Kərimova qəsb və vergidən yayınmaqda günahlandırılmış və 2017-ci ilin dekabrında 10 il müddətinə həbs cəzasına məhkum edilmişdi. 2020-ci ilin martın 18-də Özbəkistan məhkəməsinin yeni qərarı ilə onun həbs müddəti 13 il 4 aya qaldırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az