“Eşitdiyimizə yox, gördüyümüzə inanırıq” - Ukrayna XİN

21:37 - 15 Fevral 2022

“Eşitdiyimizə yox, gördüyümüzə inanırıq” - Ukrayna XİN

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya bölmələrinin sərhəddən geri çəkilməsi məlumatı ilə bağlı paylaşım edib.

Manşet.az xəbər verir ki, nazir Tvitter səhifəsində yazıb: 

“Rusiyanın bəzi qüvvələrinin Ukrayna sərhədindən çıxarılması ilə bağlı bəyanatları haqda. Ukraynada bir qaydamız var: eşitdiyimizə inanmırıq, gördüyümüzə inanırıq. Bu bəyanatlardan sonra real geri çəkilmə olarsa, biz real deeskalasiyanın başlanğıcına inanacağıq”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az