“Fərat qalxanı” bölgəsinə hücuma cəhd edən altı PKK/YPG-li terrorçu məhv edilib.
Manşet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bundan başqa, “Sülh çeşməsi” bölgəsinə hücuma hazırlaşan dörd terrorçu zərərsizləşdirilib.