Braziliyada 6 nəfər selin qurbanı oldu - VİDEO

10:40 - 16 Fevral 2022

Braziliyada 6 nəfər selin qurbanı oldu - VİDEO

Braziliyanın cənub-şərqində yerləşən Petropolis adlı bölgədə leysan sel və torpaq sürüşməsinə səbəb olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 6 nəfər həlak olub, daha 3 nəfər isə itkin düşüb.

Rio-de-Janeyro ştatına daxil olan bölgədə 4 saat ərzində 200 millimetrdən çox yağıntı düşüb və bu da çayların daşmasına gətirib çıxarıb. Bölgənin 52 yerində torpaq sürüşməsi qeydə alınıb.

Sel nəticəsində küçələri və evlərin həyətlərini su basıb.

Ştatın qubernatoru Klaudiu Kastrunun sözərinə görə, təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün 180 nəfər çalışır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az