Ukraynalı qaçqınları daşıyan avtobus aşdı - yaralılar var

14:41 - 03 Mart 2022

Ukraynalı qaçqınları daşıyan avtobus aşdı - yaralılar var

Polşanın şərqində ukraynalı qaçqınları daşıyan avtobus aşıb.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

Qreben sərhəd keçidindən Lüblinə gedən avtobusda 73 nəfər, o cümlədən 2 sürücü olub. 5 nəfər, o cümlədən 4 uşaq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, son yeddi gün ərzində Polşaya 600 minə yaxın ukraynalı qaçqın keçib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az