"Biz NATO-nun bir hissəsiyik. NATO üzvü olan bir ölkəyə hücum edildikdə, bu, avtomatik olaraq dünya müharibəsinə səbəb olur"
Manset.az xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda deyib.
Rusiyanın Ukraynaya hücumları davam edərkən, Polşada Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Polşa prezidenti Anjey Duda görüşdən sonra verdiyi açıqlamada Polşanın Ukrayna ilə Rusiya arasında müharibəyə qarışmayacağını açıqlayıb.
Duda parlamentə, parlamentin tabeliyindəki qurumlara və deputatlara xüsusi xəbərdarlıq edib.
“Müharibədə iştirak edəcəyimizi, hazırlıq gördüyümüzü, Ukraynaya döyüş materialları göndərdiyimizi və əsgərlərimizi döyüşə göndərmək istədiyimizi söyləyənlərə qulaq asmayın”, - deyə Duda bildirib.
O, Polşalı əsgərlərin müharibəyə göndərilməyəcəyini və Polşa əsgərlərinin döyüşməsinə ehtiyac qalmayacağına inandığını söyləyib.
Həmçinin “Ölkəmizi müdafiə etmək lazımdırsa, onu müdafiə edəcəyik, ancaq hücuma məruz qalacağımıza dair heç bir işarə yoxdur, belə bir vəziyyətin olacağını düşünmürəm” deyə o, əlavə edib.
Gülçin Nağıyeva