Ukrayna Ali Radası Birləşmiş Millətlər Təşkilatının 1950-ci il tarixli “Sülh naminə birləşmə” qətnaməsinə uyğun olaraq Ukrayna ərazisinə sülhməramlı qüvvələr göndərilməsini xahiş edir.
Manşet.az xəbər verir ki, bu barədə Radanın bu gün bir sıra beynəlxalq təşkilatlara müraciətində bildirilib.
Deputatlar BMT, Qırmızı Xaç, Avropa Parlamenti və bu kimi qurumları dərhal Ukrayna əhalisinin rus işğalçılarının silahlı hücumundan müdafiəsini təmin etməyə çağırıblar.
Söhbət, əsasən Ukrayna üzərində uçuşlar olmayan zonanın dərhal tətbiqindən, insanların təhlükəsiz təxliyəsi üçün dərhal “yaşıl” dəhlizlərin açılmasından və BMT-nin sülhməramlı qüvvələrinin Ukraynaya yeridilməsindən gedir.
Ali Rada da BMT-nin baş katibinə müharibəyə son qoymaq üçün vasitəçilik çağırışı ilə müraciət edib.