Rusiyalı general Ukraynada müharibə zamanı HƏLAK OLDU

18:52 - 03 Mart 2022

Rusiyalı general Ukraynada müharibə zamanı HƏLAK OLDU

Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Əlahiddə Ümumqoşun Ordusu komandanının müavini, general-mayor Andrey Suxovetski Ukrayna ilə müharibə zamanı həlak olub.

Manşet.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda”nın müxbiri Aleksandr Kots teleqram kanalında bildirib.

Məlumatı “Azadlıq” radiosunun Moskva müxbirinə “Döyüş Qardaşlığı” Ümumrusiya Veteranlar İctimai Təşkilatının Kirov regional bölməsində təsdiqləyiblər. Rusiya Müdafiə Nazirliyi generalın ölümünü rəsmən təsdiqləməyib.

Qeyd edək ki, Suxovetski Ukrayna ilə müharibə zamanı ölümü məlum olan ən yüksək rütbəli rus hərbçisi hesab edilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az