Savaş dəhşətli miqyas alıb: Rusiya darmadağın edəcək

07:33 - 06 Mart 2022

Savaş dəhşətli miqyas alıb: Rusiya darmadağın edəcək

Ukraynadan 24 fevraldan 4 marta qədər – cəmi 10 gün müddətində 1,4 milyona yaxın qaçqın var. Suriyada isə müharibə başlayandan sonra 1 milyon qaçqın aylar sonra qeydə alınmışdı. Bu isə o deməkdir ki, Ukraynadakı müharibə Suriyadakı savaşdan daha dəhşətli miqyas alıb. Avropanın mərkəzində ölçüyəgəlməz humanitar böhran yaşanır.

 

Manset.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiya və Ukrayna arasında yeganə razılıq mülki insanların şəhərləri tərk etmək üçün humanitar dəhlizlərin yaradılmasıdır:

“Əlbəttə, bu vacibdir. Ancaq mülki insanların şəhərləri tərk etməsi müharibəni daha da şiddətləndirəcək. Rusiya ordusu Ukraynanın şəhərlərini tamamilə darmadağın hesabına irəliləməyə çalışacaq”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az