Trendyolda
sevdiyiniz məhsulları indi sifariş edib, ödənişi isə hissə-hissə etmək
imkanınız var. Birbank-ın təqdim etdiyi “İndi al, sonra ödə” xidməti ilə
alış-veriş zamanı xərclərinizi 4 bərabər hissəyə bölərək 2 ay ərzində
rahatlıqla ödəyə bilərsiniz.
Bunun
üçün aşağıda qeyd olunan mərhələləri ardıcıl şəkildə yerinə yetirmək kifayətdir:
-
Trendyol mobil
tətbiqinə daxil olmaq;
-
“Azərbaycandan
birbaşa al” bölməsinə keçid etmək;
-
Seçilmiş məhsulu
səbətə əlavə etmək;
-
Ödəniş üsulu
kimi “İndi al, sonra ödə” seçimindən istifadə etmək;
-
Təsdiq üçün tələb
olunan məlumatları daxil etmək.
Birbank-la
tamamilə faizsiz və komissiyasız olan “İndi al, sonra ödə” xidməti ilə sizə 50
AZN-dən 500 AZN-dək rahat alış-veriş imkanı təqdim edir. Sadəcə biometrik təsdiqi
tamamlayıb, FİN kodunuzu və mobil nömrənizi daxil edərək kredit limitini aktivləşdirə
bilərsiniz.
Daha
ətraflı: www.b-b.az/indial
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə
nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121
filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı
altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank
isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.