Ötən mövsümün ortasında "Qalatasaray"a keçən, lakin gözləntiləri doğrultmayan Karlos Kuestanın transferində yeni maraqlı tərəfin ortaya çıxdığı bildirilir.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Braziliyanın "Vasko da Qama" klubunun kolumbiyalı müdafiəçi ilə maraqlandığı və transfer danışıqlarının davam etdiyi bildirilib.
"Globo" xəbər agentliyinin məlumatına görə, "Vasko da Qama"nın rəhbərliyi Kuesta və onun agenti ilə razılığa gəlib.
"Qalatasaray"la da transfer şərtləri üzrə danışıqlar aparılır. 26 yaşlı futbolçunun icarə və ya tam transfer formasında komandadan ayrılması mümkün görünür.
Qeyd edək ki, Karlos Kuesta "Qalatasaray"da 9 oyun keçirib və onun sarı-qırmızılı klubla müqaviləsi 2028-ci ilin sonunadək davam edir.