Zelenski Putinə nə demək istədiyini söylədi

19:53 - 08 Mart 2022

Zelenski Putinə nə demək istədiyini söylədi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini müharibəni dayandırmağa çağırıb.

Manşet.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, ABC News-a müsahibəsində bildirib.

İndi Putinə nə demək istədiyi sualına cavab verən Zelenski bunları deyib:

“Mən inanıram ki, o, başladığı müharibəni dayandırmağa qadirdir. Və hətta o, bunu başladığını düşünməsə də belə, yenə qadirdir. Müharibəni dayandırmağın onun bacardığı şey olduğunu inkar etmək olmaz”.

Qeyd edək ki, əvvəlcə UNİAN xəbər yaymışdı ki, martın 3-də Zelenski Putini Ukrayna torpaqlarını tərk etməyə və ya onunla danışıqlar masasına oturmağa çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az