ABŞ-da benzin qiymətləri tarixi maksimumu ÖTDÜ

20:09 - 08 Mart 2022

ABŞ-da benzin qiymətləri tarixi maksimumu ÖTDÜ

ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin qiyməti bütün zamanların ən yüksək həddinə çataraq, bir qallon üçün 4,17 dolları (3,785 litr) ötüb.

Manşet.az xəbər verir ki, bu barədə 60 000-dən çox yanacaqdoldurma məntəqəsinin qiymətlərini izləyən qeyri-kommersiya Amerika Avtomobil Assosiasiyası (AAA) məlumat yayıb.

CNN-nin məlumatına görə, əvvəlki antirekord 2008-ci ilin iyulunda, ABŞ-ın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti gallon üçün 4,11 dollara çatan zaman qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az