"Məni seçən insanlar təslim olmağa hazır deyillər"— Zelenski

20:41 - 08 Mart 2022

\"Məni seçən insanlar təslim olmağa hazır deyillər\"— Zelenski

“Ukrayna Rusiya ilə Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinin və Krımın gələcəyi ilə bağlı təhlükəsizlik təminatları üzrə dialoqa hazırdır, lakin təslim olmağa hazır deyil”.

Manşet.az xəbər verir ki, bunu “ABC News”a müsahibəsində Ukrayna Prezident Volodimir Zelenski deyib.

Rusiya hakimiyyətinin Ukrayna qarşısında qoyduğu tələblərə, xüsusən də Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinin müstəqilliyinin tanınması ilə bağlı Zelenski qeyd edib ki, bu məsələdə kompromis mümkündür.

"Məni seçən insanlar təslim olmağa hazır deyillər, biz ultimatumlara hazır deyilik. Ancaq, biz Rusiya ilə Krımın və Donbasın gələcəyini müzakirə edə bilərik”, - Zelenski bildirib.

demokrat.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az