Günlərdir davam edən Ukrayna-Rusiya müharibəsində dağıntılar getdikcə artır. Ukraynanın Fövqəladə Hallar Xidməti Rusiyanın Jitomir şəhərindəki neft emalı zavodunu hava hücumu ilə hədəfə aldığını açıqlayıb.
Manset.az xəbər verir ki, Neft emalı zavoduna böyük ziyan dəyib.
Mülki əhalinin təxliyəsi üçün müvəqqəti atəşkəs elan olunsa da, Rusiya Ukraynanın Jitomir şəhərindəki neft emalı zavoduna bomba yağdırıb. Bildirilib ki, rayondakı 9 neft emalı zavodundan 2-si zədələnib.
Rusiyanın hava hücumu nəticəsində başlayan yanğına çoxlu yanğınsöndürənlərin müdaxilə etdiyi və yanğının çətinliklə nəzarət altına alındığı bildirilib. Hadisə nəticəsində ölən və yaralananlar yoxdur.
Gülçin Nağıyeva