ABŞ Rusiyadan neft, təbii qaz və kömür idxalını qadağan etdiyini açıqlayıb.
Manset.az xəbər verir ki, bu qərardan sonra sosial media hesabında açıqlama verən Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenə təşəkkür edib.
“Biz ABŞ-a və Co Baydenin şəxsi rəhbərliyinə Putinin döyüş maşınının ürəyinə hücum etdiyinə və ABŞ bazarından neft, qaz və kömürə qadağa qoyduğuna görə minnətdarıq. Digər ölkələri və liderləri izləməyə təşviq edin” –deyə Zelenski bildirib.
Gülçin Nağıyeva