Ukraynalı yeniyetmənin sığınacaqda yaşayan ailəsi ilə etdiyi paylaşımları medianın diqqətini çəkib.
Manset.az xəbər verir ki, sosial şəbəkədə "Valerisssh" adı ilə tanınan məktəbli qız atası və anası ilə raket zərbələri altında keçən həyatından müxtəlif videolar paylaşır.
Çerniqov şəhərində yaşayan yeniyetmə bu paylaşımları nəticəsində tiktokda 300 mindən çox izləyici qazanıb.
O, sığınacaqdakı həyatına aid kinayəli cümlələr yazaraq izləyicilərinə təqdim edib. Məktəbli qaldığı sığınacağı 5 ulduzlu otelə bənzədib.
Yeniyetmə bəzi Avropa kanallarında canlı yayıma qoşularaq Ukraynadakı vəziyyət haqqında danışıb.