ABŞ prezidenti Bayden, Rusiyadan enerji asılılığını azaltmaq üçün Aİ ilə razılaşdıqlarını açıqlayıb.
Manset.az xəbər verir ki, “Reuters” xəbər agentliyi ABŞ-ın ilin sonuna qədər ən azı 15 milyard kubmetr LNG təmin edəcəyini bildirib.
Aİ bu il digər ölkələrdən idxalı və bərpa olunan enerjini genişləndirməklə Rusiya qazından istifadəni üçdə iki dəfə azaltmağı öhdəsinə götürüb.
Cümə axşamı axşam çıxış edən Belçikanın baş naziri Aleksandr de Croo bu addımı alqışlayıb və bunun Avropada qaz qiymətlərinin aşağı düşməsinə kömək edəcəyini bildirib.