“Zelenskinin iqamətgahını raketlə vura bilərik” - Rusiyalı general

18:16 - 26 Mart 2022

“Zelenskinin iqamətgahını raketlə vura bilərik” - Rusiyalı general

Prezident iqamətgahına, parlamentə və ya Təhlükəsizlik Xidmətinin Kiyevdəki qərargahına dəqiq silahlarla zərbələr endirməklə Ukraynanın ali rəhbərliyini məhv edə bilərik. Lakin buna ehtiyac yoxdur”.

Manset.az xəbər verir ki, bunu rusiyalı general Konstantin Pulikovski deyib.

General bildirib ki, Ukrayna rəhbərliyi onlara sağ lazımdır: 

“Başa düşməlidirlər ki, onlara ehtiyacımız var. Sənədləri imzalamaq üçün qanuni prezident olaraq Zelenski bizə lazımdır. Bu, təkcə bizim və bütün dünya üçün deyil, həm də Ukraynanın özü üçün lazımdır”.

Pulikovski qeyd edib ki, bütün bunlar gələcəkdə kiminsə “qeyri-legitim hakimiyyət dəyişikliyi baş verdi” deməməsi üçün vacibdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az