Ukraynadakı müharibədə indiyədək 139 uşaq ölüb

10:28 - 27 Mart 2022

Ukraynadakı müharibədə indiyədək 139 uşaq ölüb

Rusiya tərəfindən Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 139 uşaq ölüb.

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu teleqram kanalında məlumat yayıb.

Eyni zamanda bildirilib ki, müharibə dövründə 205-dən çox uşaq yaralanıb.

Uşaqların ən çox ölüb-yaralandığı bölgələrin statistikası belədir: Kiyev vilayətində - 65, Xarkov vilayətində - 45, Donetsk vilayətində - 53, Çerniqov vilayətində - 38, Nikolayev vilayətində - 29, Luqansk vilayətində - 25, Zaporojye vilayətində - 19, Xerson vilayətində - 21, Kiyev şəhərində - 16, Jitomir vilayətində - 15 və Sumı vilayətində - 14.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az